Rusiya Ukraynanın Zaporejye şəhərində mülki vətəndaşları daşıyan avtomobil karvanını bombalayıb, azı 23 nəfər ölüb, 28 nəfər yaralanıb.
Azinformasiya.Az xəbər verir ki, bunu Zaporojye vilayətinin qubernatoru Oleksandr Straux teleqram kanalında yazıb.
O bildirib ki, humanitar karvanda gözləyən mülki şəxslər hədəf alınb.
O.Straux hücumu terror aktı adlandırıb.
Qubernator bildirib ki, sabah, oktyabrın 1-də vilayətdə matəm elan olunacaq.