“Odessadakı Azərbaycan Evinin fəaliyyəti artıq bərpa olunub”.
Azinformasiya.Az-ın xəbərinə görə, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
Ukraynada iki Azərbaycan Evinin fəaliyyət göstərdiyini xatırladan sədr bildirib: “Ümumi yanaşmaya görə, Ukraynada 300-500 min azərbaycanlı ailəsi vardı. Ancaq hazırda orada yaşayan və ya vəfat edən şəxslərlə bağlı bizdə konkret məlumatlar yoxdur”.