DSX Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı məlumat yayıb

Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri Kəlbəcər və Laçın rayonları ilə birlikdə dövlət sərhədinin Zəngilan rayonu istiqamətində də təxribat törətməyə cəhd edib.

Bu barədə Azinformasiya.Az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, DSX-nin bölmələri bu təxribatların qarşısını qətiyyətlə alıb, erməni hərbi birləşmələrinə güclü və sarsıdıcı zərbələr endiriblər: “Bundan sonra düşmən, ağır itkilər verərək geri çəkilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir