Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın üzvü Tofiq Yaqublunun piketlə bağlı müraciətinə mənfi cavab verib.
“AZİNFORMASİYA.AZ” xəbər verir ki, bu barədə Yaqublu öz feysbuk səhifəsində yazıb.
“Dostlar, Bakı Şəhər İcra Hakimiyyəti (İH) mənim 13.07.22 tarixində “Ölkənin quru sərhədıərini açın” tələbilə Nazirlər Kabineti binası qarşısına təyin etdiyim piketə çox operativ qaydada rədd cavabı verdi. Formal olaraq doğru səbəb göstərilib. Müvafiq qanuna görə bu cür aksiyalarla bağlı ən azı 5 iş günü əvvəlcədən məlumat verilməlidir”, – deyə Tofiq Yaqublu qeyd edib.