Ukrayna Böyük Britaniyadan 425 milyon avroya yaxın kredit alıb.
“Azinformasiya.Az” xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Ukrayna Dünya Bankının dövlət xərclərinin dəstəklənməsi layihəsi çərçivəsində 446,8 milyon avro kredit alıb. Bu maliyyələşdirmə çərçivəsində Böyük Britaniyanın ayırdığı vəsait 424,6 milyon avro təşkil edir.