Azərbaycan hər zaman həm regional, həm də qlobal məsələlərdə öz mövqeyini nümayiş etdirib. Biz Qoşulmama Hərəkatının sədri kimi ədalətsizliyə qarşı, beynəlxalq hüququn qorunması uğrunda mübarizəmizi davam etdirəcəyik.
Azinformasiya.Az xəbər verir ki, bu barədə iyunun 30-da Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında bildirib.
Ölkəmizin Hərəkata üzv dövlətlərin fəal dəstəyini daim hiss etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi zamanı üzvlərin yekdil həmrəyliyini gördük. Ölkəmizin təşkilata sədrlik müddətinin uzadılması da üzv dövlətlərin Azərbaycana dəstəyinin göstəricisidir”.