DYP: “Qanunsuz yükdaşıma ilə məşğul olan şəxslər 5 min manatadək cərimələnəcək”

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib.

BDYPİ-dən Azinformasiya.Az-a daxil olan xəbərdarlıqda deyilir:

“Nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericilyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir. Qeyd olunanlar, habelə yay mövsümündə ağırçəkili avtomobillərin hərəkəti nəticəsində asfalt örtüklü yolların deformasiyaya uğrama ehtimalının artması nəzərə alınaraq, belə halların qarşısının alınması məqsədilə DİN-in Baş DYP İdarəsi yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, təyinatından asılı olmayaraq istənilən yük Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş, aşağıda göstərilən kütlə hədlərindən artıq olmamalı və mümkün qədər günün nisbətən sərin vaxtlarında daşınmalıdır.

Yük avtomobilləri
  • ikioxlu avtomobil üçün
18 t
  • üçoxlu avtomobil üçün
25 t
  • aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan avtomobil üçün
26 t
  • dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobil
32 t
Kombinə edilmiş nəqliyyat vasitəsinin bir hissəsini təşkil edən nəqliyyat vasitələri
  • ikioxlu qoşqu üçün
18 t
  • üçoxlu qoşqu üçün
24 t
Kombinə edilmiş nəqliyyat vasitələri
Yəhərli avtoqatarlar üçün:
  • ikioxlu dartıcı ikioxlu yarımqoşqu ilə yarımqoşqunun oxları arasında məsafəsi 1,3 və ya daha çox, lakin 1,8 m-dən çox olmayan
36 t
  • ikioxlu dartıcı ikioxlu yarımqoşqu ilə yarımqoşqunun oxları arasında məsafəsi 1,8-dən çox olduqda
38 t
  • ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə
40 t
  • üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə
40 t
  • üçoxlu dartıcı üçoxlu yanmqoşqu ilə
40 t
  • üçoxlu dartıcı ikioxlu və ya üçoxlu yarımqoşqu ilə uzunluğu 12,192 m, eni 2,438 m, hündürlüyü 2,438 m və ya 2,591 m, yaxud 2,896 m olan

konteynerin (40 futluq konteyner) daşınması zamanı

44 t
Qoşqulu avtoqatarlar üçün:
  • ikioxlu yük avtomobili ikioxlu qoşqu ilə
36 t
  • ikioxlu yük avtomobili üçoxlu qoşqu ilə
42 t
  • üçoxlu yük avtomobili ikioxlu qoşqu ilə
42 t
  • üçoxlu yük avtomobili üçoxlu qoşqu ilə
44 t
  • üçoxlu yük avtomobili dördoxlu qoşqu ilə
44 t
Avtobuslar
  • ikioxlu üçün
18 t
  • üçoxlu üçün
24 t
  • üçoxlu şarnirlə birləşdirilmiş üçün
28 t
  • dördoxlu şarnirlə birləşdirilmiş üçün
28 t

Həmçinin sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq göstərilən yük parametrlərini aşma hallarının müəyyən ediləcəyi təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəхslər altı yüz mаnаt məbləğində, icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə yol vermiş vəzifəli şəxslər min dörd yüz manatdan min yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər isə dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir