“2022-ci ilin dürüstləşdirilmiş büdcə layihəsində pensiyaların maliyyələşdirilməsi üçün ayrılan vəsaitin məbləği bu ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 306 milyon manat, və ya 6 faiz artımla nəzərə alınıb”.
Azinformasiya.Az-ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, fərdi uçot və pensiya sistemində aparılan sağlamlaşırma tədbirləri, habelə məhkəmə çəkişmələrində nəzarətin gücləndirilməsi nəticəsində mənimsənilməsinin qarşısı alınmış vəsaitin həcmi indeksasiya əmsalları tətbiq edilmədən 711 milyon manat, indeksasiya tətbiq edilməklə 791 milyon manat təşkil edir.