Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Frans Press Agentliyinə (“Agence France Presse”) və “Le Fiqaro” qəzetinə etiraz edib.
“AZİNFORMASİYA.AZ” xəbər verir ki, səfir bu barədə tvitter səhfəsində yazıb.
“Müsahibəmi yaymaqdan imtina edən “Agence France Presse” və müxbir Didier Laurasa ar olsun. Bizə söz verməkdən və məqalələrimizin dərcindən imtina edən “Le Fiqaro”ya, belə mövqe tutan başqa KİV-ə də ayıb olsun. Fransada özünüifadə və söz azadlığı belə olur”,- səfir tvitter hesabında yazıb.
Rəhman Mustafayev Laurasın özünə və Oliver adlı bir nəfərin elektron poçt ünvanına göndərdiyi materialları da paylaşıb.