Hafiz Məmmədovla bağlı həbs tələbi rədd edildi

Tanınmış iş adamı, “Bakı” futbol klubunun sabiq prezidenti Hafiz Məmmədovun həbsi tələb olunub.

Külli miqdarda vergi borcu olduğu üçün bir müddət öncə həbs edilib, sonra azadlığa buraxılan Məmmədovun yenidən həbs edilməsi üçün protest verilib.

Bakı Apellyasiya Məhkəməsindən “Qafqazinfo”ya bildirilib ki, bir neçə gün öncə protestə baxılıb. Məhkəmə Hafiz Məmmədovun həbsi üçün kifayət qədər əsas olmadığı qənaətinə gələrək protesti təmin etməyib.

Qeyd edək ki, bu ilin yanvarında Dövlət Vergi Xidməti tərəfindən H. Məmmədov barəsində cinayət işi başlanılıb. O, həbs edilsə də, borcunun bir qismini ödədiyi üçün 4 gün sonra azadlığa buraxılıb.

H. Məmmədovun sosial ödənişlərlə bağlı 1,4 milyon manat borcu olub, həmin məbləğdən 400 minini ödəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir