Vejnəli qızıl yatağında ilkin kəşfiyyat işlərinə başlanılıb

“Zəngilan rayonundakı Vejnəli qızıl yatağında xarici şirkət öz fəaliyyətini bərpa etməyi nəzərdə tutur”.

Azinformasiya.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

O bildirib ki, artıq bu istiqamətdə irəliləyişlər var: “Hazırda Vejnəli yatağında həmin şirkət tərəfindən istismar öncəsi ilkin kəşfiyyat-qiymətləndirmə mərhələsinə başlanılıb. Güman edirik ki, 6 ay müddətində bu proseslər başa çatacaq və şirkət yataqda öz fəaliyyətini davam etdirəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir