Sərhəddən 11 kq qızıl keçirmək istədi

İranla sərhəddən külli miqdarda qızıl-zinət əşyaları və tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, dünən saat 03:20 radələrində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq İrandan Azərbaycan istiqamətində hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilib.

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri təqib olunaraq yaşadığı evinin həyətyanı sahəsində saxlanılıb. Onun  Yardımlı rayonu­nun Avaş kənd sakini 1986-cı il təvəllüdlü Quliyev Mehman Valeh oğlu olması müəyyənləşdirilib. Araşdırma zamanı M.Quliyev həmkəndlisi 1990-cı il təvəllüdlü Mayılov Rahim Abdulla oğlu ilə birgə digər həmkəndlisi Ağayev Nazim İmanali oğlunun sifarişi əsasında İrandan qızıl-zinət əşyaları gətirmək məqsədilə dövlət sərhədini pozmalarını etiraf edib.

M.Quliyevin yaşadığı evə baxış keçirilərkən 10 kiloqram 790 qram qızıla bənzər zinət əşyaları aşkarlanmış, cinayətin digər iştirakçısı R.Mayılovun saxlanılması məqsədilə keçiril­miş axtarış tədbirləri zamanı onun yaşadığı evdən qaçaraq gizlənməsi məlum olub. Polis əməkdaşları ilə birgə R.Mayılovun yaşadığı mənzilə baxış keçirilərkən qaçaqmalçılıq yolu ilə İİR-dən gətirilmiş 7050 qutu “MARLBORO” markalı siqaretlər aşkar oluna­raq götürülüb.

Qaçaqmalın sifarişçisi Avaş kənd sakini 1978-ci il təvəllüdlü Ağayev Nazim İmanali oğlu saxlanılmış, R.Mayılovun axtarışı üzrə tədbirlər davam etdirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir