Azərbaycanda bütün xəstəliklərin icbari tibbi sığorta zərfinə daxil edilməsi təklif olunur

“İcbari tibbi sığorta ilə bağlı xidmətlər zərfi ilbəil artırılır. Bununla bağlı geniş işlər görülməlidir”.

Azinformasiya.Az-ın xəbərinə görə, bunu parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, onkoloji xəstliklər də icbari tibbi sığorta ilə əhatə olunmalıdır:

“Hesab edirəm ki, bütün xəstəliklər bu zərfə daxil edilməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir