Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev “TEKNOFEST Azərbaycan” festivalının keçiriləcəyi ərazidə olub.
Azinformasiya.Az xəbər verir ki, Baş Qərargah rəisi festivalda nümayiş etdiriləcək və Azərbaycan Ordusunun sərəncamında olan hərbi-texnoloji vasitələrə baxış keçirib.
Müdafiə Nazirliyi üçün ayrılan povilyonda Quru Qoşunları, Hərbi Hava Qüvvələri, mühəndis və rabitə hissə və bölmələrinin sərəncamında olan ən yeni hərbi-texniki və digər avadanlıqlar təqdim olunacaq.