Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin olunub.
Azinformasiya.Az “Unikal.org”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə Mirxəyal Hüseynov təyinat alıb.
Qeyd edək ki, 1983-cü il təvəllüdlü M.Hüseynov daha əvvəl Masallıda dövlət yol polisi müfəttişi, Göyçayda və Lənkəranda DYP komandiri vəzifəsində çalışıb.
***
Azinformasiya.Az-ın əldə etdiyi məlumata görə, Mirxəyal Hüseynov rütbəcə polis baş leytenantıdır. O Lənkəran şəhər RPŞ-nin dövlət yol polisi bölməsinin rəisi vəzifəsinə təyin olunmazdan əvvəl həmin bölmənin yol patrul xidmətində baş inspektor vəzifəsində xidmət aparıb. Məlumatı DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan saytımıza təsdiqləyiblər.