“Son bir il ərzində qeyri-tibb heyəti üzrə ölkədə minimum maaş 294 manatdan 406 manata çatdırılıb. Bu isə təxminən 38 faiz artım deməkdir”.
Azinformasiya.Az-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, həkimlərin maaşının yuxarı həddi 665 manatdan 7 123 manata çatdırılıb: “Son bir il ərzində orta tibb heyəti üzrə maaş 294 manatdan 506 manata çatdırılıb. Bu da təxminən 72 faiz artım deməkdir. Bu isə o deməkdir ki, mövcud sistem işlədikcə həkimlərlə yanaşı, həm orta tibb heyətinin, həm də qeyri-tibb heyətinin maaşı artacaq”.