“Biz bir addım da geri çəkilməyəcəyik”.
Azinformasiya.Az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.
“İndi müharibənin yeni mərhələsi başlayıb. Bəzi ərazilərdə dayanıb texnikanın gəlməsini gözləyirik ki, irəli gedək. Ona görə də geri çəkilməyəcəyik. Müharibəni dayandırmaq üçün əvvəlcə bəzi addımları atmaq lazımdır. Ondan sonra isə diplomatiya gündəmə gələcək. Biz Rusiyanın irəliləyişinə mane olduq. İkinci mərhələ isə Rusiya ordusunu ölkəmizdən çıxarmaqdır”, – o söyləyib.
Dövlət başçısı vurğulayıb ki, üçüncü mərhələ ərazi bütövlüyünün bərpası olacaq.