Azərbaycanda “İstilik təchizatı haqqında” qanun layihəsi hazırlanacaq.
Azinformasiya.Az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı istilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında sərəncamında əksini tapıb.
Sərəncamla Nazirlər Kabinetinə 9 (doqquz) ay müddətində Energetika Nazirliyinin təklifləri əsasında “İstilik təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.