Türkiyə MN: “İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib”

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK terrorçularına qarşı başlatdığı “Pəncə-Kilid” əməliyyatında 19 yaraqlı zərərsizləşdirilib.

Azinformasiya.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Əməliyyat zamanı 4 qəhrəman yoldaşımız yaralanıb. Bütün lazımi tibbi yardım göstərilir. Terrorçular qaçmağa yerlərinin olmadığını, sonun yaxın olduğunu anlamalı və ədalətə təslim olmalıdırlar”, – məlumatda vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir