Toyuq dönərlərinə qadağa qoyulmayıb – RƏSMİ AÇIQLAMA

“Toyuq dönərlərinə heç vaxt qadağa qoyulmayıb. Sadəcə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi toyuq dönərləri ilə bağlı xüsusi standartlar hazırlanmışdı”.

Azinformasiya.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Qoşqar Təhməzli bildirib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv olunandan sonra artıq o standartlar könüllü xarakter daşıyır:

“İstər toyuq dönəri, istərsə də ət dönərinin hazırlanmasında xüsusi sanitar-gigiyenik qaydalar var. Həmin sanitar-gigiyenik qaydalara da əməl olunmalıdır”.

AQTA sədri toyuq dönərlərinə heç vaxt qadağa qoyulmadığını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir