“Davamlı sülh, sabit və təhlükəsiz Cənubi Qafqaz istiqamətində çalışmaq üçün Ermənistan və Azərbaycan arasında mühüm səylər və irəliləyiş əldə olunub”.
Azinformasiya.Az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell rəsmi tviter hesabında yazıb.
“Mövcud geosiyasi kontekstdə münaqişələrin diplomatik həll yollarını tapmaq həmişəkindən daha vacibdir”, – o qeyd edib.