Muxtar Babayevə yeni səlahiyyət verilib

Nazirlər Kabineti Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin Nizamnaməsinin təsdiq edilməsi barədə 6 may 2009-cu il tarixli qərarında dəyişiklik edib.

Azinformasiya.Az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra səhmdar cəmiyyətinə sədri prezident deyil, nazir (indiki halda Muxtar Babayev) təyin edəcək.

Bundan başqa, kommersiya qurumu qanunvericiliklə müəyyən edilmiş qaydada nümayəndəlik və filiallar, tabeliyində olan hüquqi şəxs statuslu qurumlar yaradanda, yenidən təşkil edəndə və yaxud ləğv edəndə bunu İqtisadiyyat Nazirliyi ilə razılaşdırmalı olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir