Zelenski rus əsgər analarına SƏSLƏNDİ: “Görün necə əclaflar böyütmüsünüz” – FOTO

Zelenski Buçadakı qətliama görə  rus əsgər analarına səslənib: “Görün necə əclaflar böyütmüsünüz”.

Azinformasiya.Az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev vilayətinin Buça şəhəri rus işğalçılarından azad edildikdən sonra oradan dəhşətli fotolar nümayiş etdirib.

“Buxarest, NATO sammitinin bəyannaməsi. 3 aprel, 14 il əvvəl. Qarşısını almaq şansı var idi ki, Rusiya gəlməsin. Buça, Kiyev vilayəti. Artıq Rusiya gəlib”, – dövlət başçısı Teleqramda bildirib.

Eyni zamanda o, rus analarına müraciət edib.

“Rusiya hərbçilərinin analarına səslənirəm, görün necə əclaflar yetişdirmisiniz. Qatillər, qarətçilər, cəlladlar”, – deyə Zelenski əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir