İtaliyanın XİN rəhbəri Azərbaycana səfər edəcək

İtaliyanın xarici işlər naziri Luici Di Mayo Azərbaycana səfər edəcək.

Azinformasiya.Az xəbər verir ki, səfər çərçivəsində italiyalı nazir aprelin 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Tərəflər Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, həmçinin aktual regional məsələləri müzakirə edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir