“Azərbaycan Prezidenti İlham Əliyev qardaşımın səfərində əsas mövzumuz Rusiya və Ukrayna olub. Özü də Rusiyanı ən yaxşı tanıyan liderlərdəndir”.
Azinformasiya.Az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Onun Putinlə münasibətləri də məlumdur. Bu müharibəni də ən yaxşı təhlil edənlərdən biridir. Bu məsələləri özü ilə çox açıq, konkret danışmaq fürsətimiz olub”, – dövlət başçısı deyib.