Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqları müsbət qiymətləndirib.
Azinformasiya.Az TASS-a istinadən xəbər verir ki, o, demək olar, hər gün davam edən danışıqlarda pozitiv irəliləyiş olduğunu deyib.
“Mən sizə Ukrayna istiqamətində vəziyyət və ilk növbədə, indi demək olar ki, hər gün aparılan danışıqların necə getdiyi barədə mütləq məlumat verəcəyəm. Müəyyən müsbət irəliləyişlər var, bizim tərəfimizdən danışıqlar aparan tərəflər mənə məlumat verdi. Bütün bunlar barədə sizə daha ətraflı məlumat verəcəyəm”, – dövlət başçısı söyləyib