Beynəlxalq axtarışa verilən Murad Niftizadə Rusiyadan Azərbaycana ekstradisiya edilib.
Bu barədə Azinformasiya.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Prokurorluğunda istintaq olunan cinayət işi üzrə M.Niftizadənin 2019-cu il dekabrın 13-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli binada anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan olunub.
M.Niftizadə Rusiya ərazisində müəyyən edilərək 2021-ci il oktyabrın 17-də həbs olunub, 2022-ci il martın 10-da Azərbaycana gətirilib.