Ukraynanın Xarkov şəhərinin mərkəzinin raket atəşinə məruz qalması nəticəsində Azərbaycanın fəxri konsulluğunun binasına ziyan dəyməyib.
Bu barədə Azinformasiya.Az-a Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğundan məlumat verilib.
“Hazırda fəaliyyətimizi ştat rejimində davam etdiririk və yaxın saatlarda həmvətənlərimizin növbəti qrupunu təxliyə edəcəyik. Həmvətənlərimizdən bir daha təmkinli olmağı, olduqları yerlərdə qalmaqlarını tövsiyə edirik. Təxliyə ilə bağlı ətraflı məlumat qısa müddət ərzində veriləcək”, – məlumatda vurğulanıb.
Qeyd olunub ki, raket zərbələrinin endirildiyi ərazi fəxri konsulluq binasına yaxın yerləşir