Rusiya ordusu Ukraynanın Xarkov şəhərini “Qrad” atəşinə tutub.
Azinformasiya.Az UNIAN-a istinadən xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Andrey Geraşenko feysbukda bildirib.
Məlumata görə, işğalçı qüvvələrin təcavüzü nəticəsində onlarla dinc sakin həlak olub, 100-dən çox yaralı var.
“Bu kabusu bütün dünya görməlidir”, – DİN rəsmisi vurğulayıb.