Ermənistanın Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyanın boş qalan müdafiə nazirinin müavini yerlərindən birinə təyin ediləcəyi gözlənilir.
Azinformasiya.Az xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti məlumat yayıb.
Qəzet bildirib ki, yaxın günlərdə bəzilərinin kumirinə çevrilən, hər gün cəbhədəki vəziyyət barədə məlumat verən (bəzən reallıqla əlaqəsi olmayan), cəbhədə hökm sürən vəziyyətdən asılı olmayaraq ilham verməyə çalışan Ovannisyanın yeni vəzifəyə təyini barədə danışıqlar davam edir.
Qəzetin mənbələrinə görə, baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan da bu vəzifəyə təyin olunmasında maraqlıdır.
Artsrun Ovannisyan nəşrin sualına cavab olaraq bunun qeyri-mümkün olmadığını bildirib. O, iddianın niyə mümkün olmadığına, nazir müavini vəzifəsi üçün ixtisas tələblərinə cavab verib-vermədiyinə isə cavab verməkdən yayınıb.