Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli ilə birgə ittiham olunan “Portos” MMC-nin rəhbəri Nadir Məmmədovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
AZİNFORMASİYA.AZ-ın əldə etdiyi məlumata görə, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib.
N.Məmmədov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli 10 il 6 ay və N.Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum edilib.