Ötən il ali məktəblərə qəbul olunan və “YAŞAT” Fondu tərəfindən birdəfəlik ödənişlərin verildiyi şəhid ailəsi üzvlərinin və qazilərin sayı məlum olub.
Azinformasiya.Az-ın əldə etdiyi məlumata görə, bu istiqamətdə ümumilikdə 82 min manat xərclənib.
Belə ki, indiyədək 41 şəxsin hər birinə 2000 manat vəsait köçürülüb.
Qeyd edək ki, 2021-2022-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailələrinin üzvlərinə və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunan hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı – 2000 manat təsis edilib.