Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı açıqlanıb.
Azinformasiya.Az-ın məlumatına görə, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, bu gün 113 nəfər yeni namizəd and içərək vəkilliyə qəbul olunacaq.
“Bununla da ölkədəki vəkillərin sayı 2 132 nəfərə çatacaq. Ölkə tarixində ilk dəfə ümumilikdə vəkillərin sayı 2 100 nəfəri keçəcək”, – o qeyd edib.