Qarabağ separatçılarından biri Rusiyada həbs edilib

Azərbaycanın vaxtilə işğal altında olmuş, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Qarabağ bölgəsindəki separatçı-terrorçu rejimin “təmsilçi”lərindən biri olan Boris Avaqyan Rusiyada həbs edilib.

Azinformasiya.Az “Aysor”a istinadən xəbər verir ki, o, Sankt-Peterburq şəhərində saxlanılıb.

Rusiyanın hüquq-mühafizə orqanları B.Avaqyanı qaçaqmalçılığa görə axtarışa veribmiş.

Onun dövlət sərhədini necə keçərək Rusiya ərazisində peyda olması məsələsi də araşdırılır.

Qeyd edək ki, B.Avaqyan separatçı-terrorçu rejimin “təhlükəsizlik xidməti”nin direktor müavini olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir