Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirəcək.
Azinformasiya.Az xəbər verir ki, bunu dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammiti ərəfəsində Aİ-nin yüksək səviyyəli nümayəndəsi jurnalistlərə bildirib.
“Avropa Şurasının prezidenti sabah ilk olaraq Azərbaycan prezidenti və Ermənistanın Baş naziri ilə ikitərəfli görüşlər keçirəcək. Sabah axşam isə onlarla üçtərəfli görüş keçirəcək”, – deyə Aİ nümayəndəsi qeyd edib.
Qeyd edək ki, Ermənistan tərəfi də üçtərəfli görüşün sabah keçiriləcəyini təsdiqləyib.