“3+3” formatı region ölkələri arasındakı münasibətlərə müsbət təsir göstərməlidir”.
Azinformasiya.Az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin jurnalistlərə açıqlamasında deyib.
Diplomatın sözlərinə görə, Rusiya sözügedən formatın regionun bütün ölkələrini maraqlandıran məsələlər barədə fikir mübadiləsinin aparılmasına imkan yaradacağını düşünür.
Qeyd edək ki, “3+3” formatı çərçivəsində ilk iclas dekabrın 10-u Moskvada keçirilib. İclasda Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan XİN rəhbərlərinin müavinləri iştirak edib.