“44 günlük Vətən müharibəsi medianın rolunun, informasiyanın gücünün hərbi əməliyyatlar kimi önəmli olduğunu göstərdi. Yeni qanun layihəsi ölkəmizdə medianın daha da inkişaf etdirilməsinə, jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edəcək”.
Azinformasiya.Az xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlament komitələrinin dekabrın 10-da keçirilən birgə iclasında deyib.
Komitə sədri diqqətə çatdırıb ki, 146 yaşlı mətbuatımızın ənənələrini qoruyub saxlamaq və daha da inkişaf etdirmək qarşıya vacib məsələ kimi qoyulub. “Media haqqında” Qanun bu vəzifələrin yerinə yetirilməsində yol göstərəcək.