Rusiyanın Xarici İşlər Nazirliyi sabah Moskvada “3+3” formatının ilk iclasının keçiriləcəyini təsdiq edib.
Azinformasiya.Az xəbər verir ki, Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən həftəlik brifinqdə deyib:
“Cənubi Qafqaz üzrə “3+3” formatının iclası dekabrın 10-u XİN rəhbərlərinin müavinləri səviyyəsində keçiriləcək”.
Qeyd edək ki, bu gün Türkiyə XİN “altılıq platforması”nın (“3+3” formatı) ilk iclasının sabah Moskva şəhərində baş tutacağı barədə məlumat yayıb.
Azərbaycan və Türkiyə Prezidentlərinin təşəbbüsü ilə yaradılan “3+3” formatı Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, İran və Türkiyənin iştirakını nəzərdə tutan əməkdaşlıq platformasıdır.