Ermənistan parlamentinin sədri Alen Simonyan qalmaqallı video ilə gündəmə gəlib.
Azinformasiya.Az “Aysor.am”a istinadən xəbər verir ki, ilk olaraq teleqram kanallarında yayılan videoda Simonyan tədbirlərin birində bir şəxslə söhbətində erməni əsirlərin artıq onun üçün mövcud olmadığını bildirir.
“Hesab edirəm ki, əsirlər mənim üçün artıq mövcud deyil”, – deyə Simonyan bildirir.
O, həmçinin həmsöhbətinə əsirlərin kimdən ibarət olduğuna dair sual verir və cavabı özü səsləndirir: “Bunlar silahını yerə qoyan, qaçan və azan insanlardır. Mən bunu yüksək səslə deyə bilmərəm. Bu əsirlərin valideynlərinin niyə fəal olmadığı sizi maraqlandırır? Çünki onların yaxınları bilir ki, onlar dezertirdirlər, onlar silahı yerə qoyub, qaçıb və əsir düşüblər”.
Güman edilir ki, Simonyan noyabrın 16-sı Ermənistan tərəfinin növbəti təxribatı zamanı Azərbaycan tərəfindən əsir götürülən bir qrup erməni barəsində danışır.
Daha sonra Alen Simonyan sözügedən videonun montaj olduğunu və orada söhbətin başqa mövzudan getdiyini bildirib.