“Putin-Bayden danışıqlarından heç bir irəliləyiş gözləmək lazım deyil”.
Azinformasiya.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, çox çətin dövrdə həyata keçirilən işgüzar söhbətdir”, – deyə Peskov bildirib.
Qeyd edək ki, bu gün Rusiya və ABŞ Prezidentləri Vladimir Putinlə Co Bayden arasında videokonfrans formatında danışıqlar keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.