Rusiyada “Omicron”a yoluxma aşkar olundu

Rusiyada koronavirusun yeni “Omicron” ştamına yoluxma faktı qeydə alınıb.

Azinformasiya.Az Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinə (Rospotrebnadzor) istinadən xəbər verir ki, yeni ştama yoluxma Cənubi Afrika Respublikasından (CAR) gələn iki Rusiya vətəndaşında aşkar olunub.

Qeyd edək ki, koronavirusun yeni “B.1.1.529” ştamı ilk dəfə Bostvana və CAR-da aşkarlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir