Ukrayna-Rusiya sərhədini qanunsuz keçmək istəyən azərbaycanlılar saxlanıldı

Ukraynanın Dövlət Sərhəd Xidməti Ukraynadan Rusiyaya qanunsuz yolla keçmək istəyən bir qrup azərbaycanlını saxlayıb.

Azinformasiya.Az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Dövlət Sərhəd Xidməti öz rəsmi feysbuk hesabında paylaşıb.

Məlumata görə, Rusiya ilə sərhəddə “Krasnıy Derkul” yaşayış məskəninin yaxınlığında saxlanılan 5 nəfərdən 4-ü azərbaycanlı, biri isə Ukrayna vətəndaşı olub.

Hadisənin detalları araşdırıldıqdan sonra məlum olub ki, Rusiyaya giriş hazırda qadağan olduğundan azərbaycanlılar bu ölkəyə qanunsuz olaraq keçmək qərarına gəlib. Ukrayna vətəndaşı isə azərbaycanlıların qaranlıqda azmaması və sərhədi maneəsiz keçmələri üçün onları müşayiət edib.

Hazırda istintaq əməliyyatları davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir