Milli Məclisin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı Baş Nazir Əli Əsədov deputatların qiymət artımı ilə bağlı qaldırdığı problemə münasibət bildirib.
Azinformasiya.Az-ın xəbərinə görə, Ə. Əsədov qeyd edib ki, pandemiya istehsal həcmlərinə mənfi təsir göstərib:
“Beynəlxalq təşkilatlar qiymətlərin son 30 ildə ən yüksək həddə çatdığını bildirib. Bunun ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısının alınmasına, ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetiriləcək. Qiymət artımı ilə əlaqədar hökumət mümkün olan bütün qabaqlayıcı tədbirləri görür və bundan sonra da görəcək. Süni qiymət artımının qarşısının alınması ilə bərabər, idxalın əvəzinə istehsalın artırılması nəzərdə tutulur”.