“Konstitusiyaya uyğun olaraq, mənim növbəti dəfə prezident seçilmək hüququm var”.
Azinformasiya.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rusiya çağırır!” adlı forumda sualları cavablandırarkən deyib.
Putinin sözlərinə görə, o, 2024-cü ildə növbəti prezidentliyə namizəd olub-olmayacağına dair hələ qərar verməyib. Lakin qeyd edib ki, onun belə bir hüquqa sahib olması ölkədə daxili siyasi vəziyyəti sabitləşdirir.
“2024-cü ildə kimin nə planlaşdırdığı barədə danışmaq hələ tezdir”, – deyə Putin əlavə edib.