“İrəvan Türkiyə ilə münasibətlərinin normallaşmasında rəsmi Moskvadan vasitəçilik etməsini xahiş edib”.
Azinformasiya.Az xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan “Azadlıq” radiosunun erməni xidmətinə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya da daxil olmaqla, Ermənistanın bir neçə tərəfdaşı Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması məsələsində vasitəçi qismində çıxış etməyə hazır olduqlarını bəyan ediblər. Ermənistan tərəfi isə bu məsələdə Kremlə müraciət edib.
“Biz Rusiyaya bildirdik ki, ilkin şərt olmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini başlatmağa hazırıq. Belə bir proses başlayarsa, təbii ki, bu barədə məlumat verəcəyik”, – deyə Unanyan qeyd edib.