“Əslində, biz narahatıq. Çünki biz Ermənistanın yüksək rütbəli rəsmilərinin bəyanatlarını eşitmişik ki, onlar bizim strateji neft infrastrukturumuza, o cümlədən kəmərlərə və Bakının Səngəçal qəsəbəsində ən böyük neft-qaz terminalına hücum edəcəklər”.
“AZİNFORMASİYA.AZ” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibəsində deyib.
“Belə bir hadisə Ermənistanın bizə hücum etdiyi vaxt, iyul toqquşmaları zamanı Avropanın enerji təhlükəsizliyini təmin etməli olan qaz kəmərinin 15 kilometrliyində baş vermişdi. Beləliklə, Azərbaycandan Avropaya və dünyaya neft-qaz təchizatını pozmaq Ermənistanın planları idi.
Biz özümüzü müdafiə edirik. Bilirsiniz ki, bizim Bakıdan Aralıq dənizinə neft kəmərimiz 2006-cı ildə istismara verilib və heç bir fasilə olmadan işləyir. Bizim Azərbaycandan Türkiyəyə qaz kəmərimiz 2007-ci ildə istismara verilib. Azərbaycanı avropalı istehlakçılarla birləşdirən böyük kəmərin yəqin ki, bir neçə aya, hətta daha tez açılması planlaşdırılır. Ona görə də, kəmər artıq qorunduğu halda, niyə biz kəməri qorumaq üçün müharibəyə başlamalıyıq. Kəməri dayandırmaq və Azərbaycana iqtisadi ziyan vurmaq istəyən Ermənistandır”, – deyə ölkə başçısı bildirib.