Ermənistanın Baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Azinformasiya.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, tərəflər söhbət zamanı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Bununla yanaşı, iki ölkə lideri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində aktual olan məsələlər barədə fikir mübadiləsi aparıblar.