“Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Tehrana səfəri mühüm və konstruktiv səfər oldu”.
Azinformasiya.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, səfər zamanı intensiv müzakirələr aparılıb.
“Biz bir çox layihələr haqqında fikir mübadiləsi apardıq. İki ölkə arasındakı münasibətlərdə istənmədən yaşanan gərginlikdən sonra yeni səhifə açılacaq”, – deyə Xətibzadə vurğulayıb.