Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinin iştirakı ilə müşavirə keçirib.
Azinformasiya.Az “Kremlin.ru”ya istinadən xəbər verir ki, toplantı videokonfrans formatında keçirilib.
V.Putin toplantı zamanı Rusiyanın bir neçə müxtəlif beynəlxalq platforma və regional strukturlarda çalışdığını vurğulayıb.
Rusiya Prezidenti vurğulayıb ki, xüsusən də bu gün pandemiya ilə mübarizə beynəlxalq ictimaiyyətin birgə səyini tələb edir.