Rusiya Prezidenti Vladimir Putin Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasının perspektivlərini kifayət qədər yaxşı hesab edir.
Azinformasiya.Az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Putin Rusiya Xarici İşlər Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında çıxışı zamanı deyib.
O xatırladıb ki, Ermənistan və Azərbaycan arasında mübahisələrin həllində, Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpasında və mühüm nəqliyyat kommunikasiyalarının açılmasında Rusiya diplomatiyasının rolu artır.
“Baş nazirlərin müavinləri səviyyəsində müvafiq üçtərəfli komissiya yaradılıb. O, işləyir. Məncə, orada perspektivlər pis deyil. Əslində, Rusiya da daxil olmaqla regionun bütün ölkələri bu problemlərin uzunmüddətli həllində maraqlıdır”, – deyə Putin qeyd edib.